Vüsal İsgəndərli "Qalatasaray"a qol vurdu, komandası uduzdu VİDEO

18:56 - 6 Fevral 2025

Türkiyə Kubokunda qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün C qrupunda azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. İsgəndərli 12-ci dəqiqədə komandasının yeganə qolunu vurub. O, həmçinin, 45-ci dəqiqədə sarı vərəqə görüb.

2 turdan sonra 4 xalı olan "Qalatasaray" qrupda 3-cü yerdədir. Hər iki oyunda uduzan "Boluspor" isə 5-ci yerdədir.

Xəbər xətti