"Neftçi"dən ayrılan Lukas Melano özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, argentinalı ABŞ-da oynayacaq.
O, aşağı liqa klubu olan “Mayami” ilə anlaşıb. ABŞ təmsilçisi Melanonun keçidini rəsmən açıqlayıb.
2023-cü ilin sentyabrında "Neftçi"yə transfer olunmuş Melano ötən il avqustun 29-da komandadan göndərilmişdi. Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirmişdi.
saytlarin hazirlanmasi