Azərbaycan millisi Belçikaya qarşı

11:44 - 6 Fevral 2025

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Evrən Alkayanın baş məşqçisi olduğu yığmamız səfərdə Belçika millisi ilə qarşılaşacaq.

Bakı vaxtilə 23:15-də başlanacaq C qrupunun görüşü "COREtec Dome" arenasında təşkil ediləcək.

Xatırladaq ki, qrupun ilk matçında Belçika basketbolçuları seçməmizə böyük hesabla qalib gəliblər (136:28). Komandamız növbəti görüşünü fevralın 9-da Bakıda Polşaya qarşı keçirəcək.

Xəbər xətti