"Araz-Naxçıvan" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, bizi çətin oyun gözləyir. Yolumuza davam edirik. Çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra oyunumuz var. Kubok oyunları fərqli olur. O prizmadan yanaşmırıq ki, üstünlük qazanmışıq. İkinci oyunda da maksimumu etmək lazım olacaq ki, növbəti mərhələyə çıxaq.
- Jatoba haqda fikriniz necədir?
- Bizim oyun üslubumuza uyğun futbolçudur. İlk turlarda da əsas heyət üzvü idi. Sadəcə zədəyə görə geri düşmüşdü. Hazırlaşır, güvəndiyimiz futbolçudur. Getdikcə o da optimal formaya düşəcək.
- Əyyub Allaşı "Şerif"dən necə gətirə bildiniz?
- Hər bir futbolçu komandaya yeni güc qatır. Əyyub da tanıdığımız, güvəndiyimiz futbolçudur. Sevindirici odur ki, o da təklifimizə isti yanaşdı. Bizim üçün faydalı olacaq.
- Premyer Liqada komanda sayı 12-ə çatdırıldı və legioner limiti ləğv edilid. Bu iki məsələ haqda fikriniz necədir?
- Bu suala yenə cavab vermək istəmirəm. Qərarı verən verib. Bizim nəsə deməyimiz nəyisə dəyişməyəcək. Nəyə əsaslanıb qərar veriblər, maraq doğurur. Premyer Liqada məşqçilərin çoxu litimin götürülməsinə qarşı idi. Bizim fikri öyrənmək istəyirsizsə, o fikir də heç nəyi dəyişməyəcəksə, qoy cavabı bizdə qalsın.
saytlarin hazirlanmasi