"Liverpul" "Barselona"nın kapitanını transfer etmək istəyir

18:32 - 7 Fevral 2025

"Barselona"nın kapitanı Frenki de Yonq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" niderlandlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Daily Express" məlumat yayıb.

"Liverpul" de Yonqu yayda heyətinə qatmağı planlaşdırır. 27 yaşlı futbolçu ilə "Mançester Yunayted" də maraqlanır.

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti