Serxio Ramosun yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ispan müdafiəöçi karyerasını Meksikada davam etdirəcək.
Ramos "Monterrey"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı mərkəz müdafiəçisi ilə 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Real" və PSJ-də çıxış etmiş Serxio Ramosun son klubu "Sevilya" olub.
saytlarin hazirlanmasi