Futbol üzrə Azərbaycan 1-ci Liqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Qəbələ" səfərdə "Difai"nin qonağı olub. Qarşılaşma "qırmızı-qaralar"ın minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 33-ə yüksəldən "Qəbələ" liderliyini davam etdirir. 9 xalı olan "Difai" isə 9-cu yerdədir.
"Difai" - "Qəbələ" 0:1
Qollar: M.Musayev, 64