"Borussiya" "Çelsi"dən 100 milyon avro tələb edir

13:16 - 8 Fevral 2025

"Borussiya"nın futbolçusu Ceymi Bayno-Qittens karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

London klubu Qittensi yayda transfer etməyi planlaşdırır. Almaniya klubu 20 yaşlı futbolçu üçün 100 milyon avro təzminat tələb edir.

qeyd edək ki, "Borussoya" Ceymi Bayno-Qittensi 2020-ci ilin sentyabr ayında "Mançester Siti"nin akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti