"Sauthempton"un futbolçusu Tayler Diblinq İngiltərənin böyük klublarının diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, "Mançester Siti" və "Tottenhem" 19 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
"Sauthempton" gənc oyunçunu satmağın əleyhinə deyil. Premyer Liqa klubu ölkənin ən istedadlı futbolçularından hesab olunan Diblinq üçün 100 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, Tayler Diblinq "Sauthempton"un yetirməsidir. İngiltərə U-19 millisinin üzvü bu mövsüm "ağ-qırmızılar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi