"Əl-Nəsr" İngiltərə klubunun ulduzunu transfer edəcək

15:58 - 28 Mart 2025

“Əl Nəsr” “Vest Hem”in yarımmüdafiəçisi Mohamed Kudus ilə müqavilə imzalamaqda maraqlıdır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi futbolçunun transferi üçün 84 milyon funt-sterlinq təklif etməyə hazırdır. Hazırda danışıqlar davam edir.

Qanalı futbolçu özü də "Əl-Nəsr"ə keçəcə biləcəyini istisna etmir.

24 yaşlı futbolçunun “Vest Hem”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, İngiltərə klubuna qədər “Right to Dream”(Qana), “Nordşelland”(Danimarka), “Ayaks”(Niderland) klublarında da çıxış edib.

Xəbər xətti