"Qarabağ" bu gün Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi 4-cü yoxlama görüşündə "Zalsburq"la qarşılaşacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avstriya çempionu Bakı vaxtı ilə 20:00-da üz-üzə gələcək.
Hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını iyulun 16-da başa vuracaq.
saytlarin hazirlanmasi