Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan yunan “Aris” heyətini yeni transferlə gücləndirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yunanlar ispaniyalı müdafiəçi Alvaro Texeronu sıralarına cəlb edib.
Onunla 2 illik müqavilə imzalanıb. Texero ötən mövsümü İspaniyanın “Espanyol” klubunda keçirib.
28 yaşlı futbolçu "Real"(Madrid), "Albasete", "Eybar", "Saraqosa" klublarında çıxış edib.
saytlarin hazirlanmasi