Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Çorum"la qarşılaşacaq.
Matça Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
"Zirə" daha əvvəl Bakıda “Qarabağ”a 0:4 uduzmuşdu. Türkiyədə isə “Ankara Keçiörengücü”nə(2:1) və "Əl-Hüseyni"(İordaniya) (1:0) klubuna qalib gəlmişdi.
Təmsilçimiz UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
saytlarin hazirlanmasi