“Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Sportal.az xəbər verir ki, Türkiyə təmsilçisi “Çorum”la üz-üzə gələn Rəşad Sadıqovun komandası 2:0 hesablı qələbə qazanıb. 60-cı dəqiqədə Abdul Aziz Batibie fərqlənib. 2-ci qolu isə 71-ci dəqiqədə Şahmar Aşurov vurub.
"Zirə" bunadək 3 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə (2:1) və “Əl-Hüseyin” (1:0) qalib gəlib.
Qeyd edək ki, təmsilçimiz UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
saytlarin hazirlanmasi