Şəmkir"in mənə 2600 manat borcu var".
Sportal.az xəbər verir ki, bunu Fanat.az-a açıqlamasında ötən mövsüm 31 qolla 2-ci Liqanın bombardiri olan Vidadi Cəfərov deyib.
O, pul ödənilməyəcəyi halda, AFFA-ya şikayət edəcəyini bildirib: "Klubla 1 illik müqavilə bağlamışdım. Son ayın maaşını almamışam. Bundan başqa, Şəmkirdə qaldığım evin pulunu da özüm ödəməli oldum. Əvvəldən nəzərdə tutulan bonusları da ödəməyiblər. Müqaviləyə əsasən 25 qol vuracağım təqdirdə, daha 800, ondan sonrakı hər 5 qola görə 100 manat almalıydım. Eləcə də 26 oyundan 23-də meydana çıxsam, əlavə 500 manat verilməliydi. Mən də 24 matçda oynamışam. Deyirlər ki, müqaviləni bizimlə yox, əvvəlki rəhbərliklə bağlamısan, get, hara şikayət edirsənsə, et... Bu nə deməkdir ki? Mən axı klubla müqavilə bağlamışam. Borclu olduqları məbləği ödəməsələr, AFFA-ya şikayət edəcəm".
Qeyd edək ki, Vidadi digər II Liqa klubu "Quba" ilə müqavilə bağlamağa yaxındır.
saytlarin hazirlanmasi