Yamal "Barselona"da 10 nömrəli formanı geyinəcək

23:19 - 16 İyul 2025

Lamin Yamal “Barselona”da 10 nömrəli formanı alıb.

Sportal.az xəbər verir ki, Kataloniya klubu bu barədə rəsmi məlumat yayıb. Daha əvvəl cinah oyunçusu 19 nömrə ilə çıxış edirdi.

“Barselona”da 10 nömrəli forma müxtəlif vaxtlarda Lionel Messi, Ronaldinyo, Rivaldo, Romario və Dieqo Maradona kimi futbolçulara məxsus olub. Son olaraq bu nömrəni Ansu Fati daşıyırdı.

Xəbər xətti