"Sabah"a 2 qol vuran hücumçudan AÇIQLAMA

17:50 - 16 İyul 2025

"Çelye"nin hücumçusu Franko Kovaçeviç Avropa Liqası 1-ci təsnifat mərhələsinin "Sabah"la cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 25 yaşlı xorvatiyalı futbolçu Azərbaycan təmsilçisi haqda kifayət qədər məlumata sahib olduqlarını bildirib:

"İlk matç istədiyimiz kimi başlamadı. Amma tez toparlandıq və sonda qələbə qazandıq. Hər iki qolum üçün komanda işin çoxunu etdi. Mən sadəcə topa son toxunuşu etdim və onu qapıya göndərdim. "Çelye"də özümü yaxşı hiss edirəm, komanda məni gözəl qarşıladı. Müvəffəqiyyətli olmaq üçün rəqib haqqında lazım olan bütün məlumatlara sahibik. Baş məşqçi matçın planını hazırlayan şəxsdir. Onu mümkün qədər yaxşı yerinə yetirməyə çalışmaq bizdən asılıdır".

Qeyd edək ki, "Çelye" - "Sabah" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk oyun Azərbaycan təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xəbər xətti