"Araz-Naxçıvan" "Neftçi" və "İmişli" ilə qarşılaşacaq

18:14 - 16 İyul 2025

“Araz-Naxçıvan”ın əvəzedici komandası hazırlığını gündə bir dəfə olmaqla paytaxtda davam etdirir.

Sportal.az xəbər verir ki, baş məşqçi Zaur İsmayılov iyulun sonuna qədər olan müddətdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.

Əvəzedicilər iyulun 19-da Premyer Liqanın debütantı “İmişli”, ertəsi gün “Şamaxı-2” il gücünü sınayacaq. “Qırmızı-ağlar”ın ikinci komandası növbəti matçını iyulun 26-da “Neftçi-2”yə qarşı keçirəcək.

Xəbər xətti