Sabiq baş məşqçi "Karvan"ın vitse-prezidenti oldu

22:24 - 16 İyul 2025

"Karvan"a yeni vitse-prezident təyin olunub. 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son 3 ildə klubda baş məşqçi vəzifəsini yerinə yetirən Kənan Kərimov yeni mövsümdən "Karvan"nın vitse-prezident vəzifəsini icra edəcək.

Qeyd edək ki, Yevlax təmsilçisi daha öncə baş məşqçi vəzifəsinə Azər Həşimovu təyin etmişdi. 

Xəbər xətti