“Qəbələ” futbolçusunu icarəyə verdi

12:49 - 16 İyul 2025

"Baku Sporting" heyətinə yeni futbolçu əlavə edib. 

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi “Qəbələ”dən Xəyyam Məmmədlini icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

20 yaşlı yarımmüdafiəçi son olaraq “Difai”yə icarəyə verilmişdi. 

Xəbər xətti