"Sumqayıt" Premyer Liqada 17 qol vurmuş hücumçunu Azərbaycana geri qaytardı - SON DƏQİQƏ

16:31 - 16 İyul 2025

"Sumqayıt" yeni hücumçu ilə güclənib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "kimiyaçılar" ötən ilin yayında "Səbail"dən ayrılan Aleksandr Ramalinqomu Azərbaycana qaytarıb.

İddialı heyət qurmaq istəyən «gənclik şəhəri» təmsilçisi Maqadaskar yığmasının forvardı ilə 1+1 illik müqavilə imzalayıb.

Ramalinqom 2022-2023-cü illərdə "Səbail"də çıxış edib və bu müddət ərzində 17 qol və 1 qol ötürməsinə imza atıb.

O, ölkəmizdən gedəndən sonra karyerasını İsraildə davam elətdirib.

32 yaşlı ön xətt oyunçusu "Bney Saxnin"ə üz tutub və ə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. İndi də buraya azad agent statusu ilə geri dönüb.

Xəbər xətti