"Brayton"un müdafiəçisi Pervis Estupinan Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ekvadorlu futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" artıq Estupinanın meneceri ilə danışıqlara başlayıb. 27 yaşlı sol cinah müdafiəçisi ilə "Milan" da yaxından maraqlanır.
Qeyd edək ki, "Brayton" Pervis Estupinanı 2022-ci ilin yayında"Uotford"dan transfer edib. Ekvador millisinin üzvü ötən mövsüm"qağayılar"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi