"Neftçi" sabiq "Tottenhem"liyə elçi düşdü - SON DƏQİQƏ

22:58 - 16 İyul 2025

Kenan Piricin son anda "Neftçi"yə keçidindən imtina etməsindən sonra "ağ qaralar"ın qapıçı axtarışları yenidən aktiv fazada davam edir.

Sportal.az xəbər verir ki, Paytaxt klubunun ən son danışıq apardığı simanın kimliyini dəqiqləşib. Söhbət Tom Gloverdən gedir. Bu barədə klubdan bizə bilgi verilib. Qeyd edilib ki, 27 yaşlı kiperlə bir çox məsələlərdə razılıq əldə olunub.

Onun yeni mövsümü Azərbaycanda keçirmək ehtimalı kifayət qədər yüksəkdir. Tom Glover hazırda İngiltərədə "Midlsbro"nun şərəfini qoruyur. Daha əvvəl İsveçdə "Helsingborgs"da legioner həyatı yaşayıb.(Sportinfo.az)

Xəbər xətti