“Qarabağ” heyətini xorvatiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi “Barselona”nın sabiq üzvü Alen Haliloviçlə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir. Xorvat futbolçu 2026-cı il iyunun 30-na qədər Niderlandın “Fortuna”(Sittard) klubuna məxsusdur.
Onun xidmətində “Trabzonspor” da maraqlıdır. Haliloviçin hansı təklifi qəbul edəcəyi yaxın vaxtlarda dəqiqləşəcək. Xorvatiya millisində (2013-2019) 10 oyun keçirmiş Alen “Dinamo”(Zaqreb), “Barselona”, “Sportinq”(Xixon), “Hamburq”, “Las-Palmas”, “Milan”, “Standard”(Liej), “Herenven”, “Birmingem”, “Ridinq”, “Riyeka” klublarında oynayıb.
saytlarin hazirlanmasi