"Sabah"ın Konfrans Liqasındakı matçını idarə edəcək hakimlər bəlli oldu

22:05 - 18 İyul 2025

"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Moldovanın "Petrokub" komandası ilə keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, tərəflər arasında iyulun 24-də Kişineudakı matçı Qal Leiboviçin başçılıq etdiyi İsraildən olan hakimlər briqadası idarə edəcək. Ona Omer Barbiro və Yossi Babayoff yardımçı olacaqlar. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşünü isə serbiyalı baş hakim Danilo Nikoliç idarə edəcək. Milan Şutuloviç və İvan Mikalaçki köməkçi hakimlər, İvan Stamenkoviç isə dördüncü hakim kimi öz işlərini yerinə yetirəcəklər.

Xəbər xətti