"Qarabağ" Bakıda məşqlərini bərpa etdi

00:07 - 19 İyul 2025

Avstriya toplanışını başa vuraraq Azərbaycana qayıdan "Qarabağ" Bakıda məşqlərini bərpa edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı "Şelburn"la matçın hazırlığına bu gün "Azərsun Arena"da start verib.

Qeyd edək ki, komandalar arasında ilk qarşılama iyulun 23-də Dublindəki "Tolka Park" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Xəbər xətti