"Real"ın gəliri rekord səviyyəyə çatdı

23:33 - 17 İyul 2025

"Real" 2024/25-ci maliyyə ili üzrə hesabatını açıqlayıb.

Sportal.az xəbər verir ki, Madrid klubunun transferlər istisna olmaqla ümumi gəliri rekord səviyyəyə – 1,185 milyard avroya çatıb. Bu, ötən illə müqayisədə 10% artım deməkdir.

Xalis mənfəət 24,3 milyon avro təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 56% çoxdur. Klubun faizlər, vergilər və amortizasiya çıxılmadan əvvəlki mənfəəti (EBITDA) 242,9 milyon avro olub – bu da klub tarixində rekord göstəricidir.

"Real"ın öz kapitalları 598 milyon avroya qədər yüksəlib. Borc/kapital nisbəti 0-dır, bu da klubun maksimum ödəmə qabiliyyətinə və tam maliyyə müstəqilliyinə sahib olduğunu göstərir.

Stadionun yenidən qurulması üçün götürülən kreditlər nəzərə alınmadan klubun xalis borcu 12 milyon avro olaraq qiymətləndirilir. Kreditlər üzrə ödənilməmiş ümumi borc isə 1,132 milyard avrodur.

Xəbər xətti