"Arsenal"ın kapitanı "Barselona"ya keçə bilər

18:25 - 1 Noyabr 2025

"Arsenal"ın kapitanı Martin Edeqor karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İspaniya çempionu 26 yaşlı hücumameeyilli yarrımmüdafiəçini gələn ilin yayında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, "Arsenal" Martin Edeqoru 2021-ci ilin yayında "Real"dan 25 milyon avroya transfer edib. Norveç millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti