"Barselona" mənimlə görüşmək istəsə, məmnuniyyətlə gedərdim"

23:46 - 24 Aprel 2026

"Barselona"nın transfer siyahısında yer alan Kees Smit maraqlı açıqlama verib.

Sportal.az xəbər verir ki, "AZ Alkmar"ın niderlandlı yarımmüdafiəçisi Kataloniya təmsilçisinin azarkeşi olduğunu deyib:

"Tətildə Barselonaya gedəcəyəm. Mənimlə görüşmək istəsələr, məmnuniyyətlə gedərdim. "Barselona" ən sevdiyim komandadır. Demək olar ki, bütün oyunlarını izləyirəm".

Qeyd edək ki, Kees Smit "AZ Alkmar"ın yetirməsidir. Niderland millisinin üzvü olan 20 yaşlı futbolçu bu mövsüm Eredivizie təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti