Salah Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb

12:57 - 29 May 2026

​"Liverpul"un futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, yerli klublardan biri misirli futbolçuya olduqca sərfəli təklif irəli sürüb. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

Adı açıqlanmayan komanda Mersisayd klubu ilə müqaviləsi başa çatdıqdan sonra 33 yaşlı vingeri azad agent statusu ilə heyətinə qatmaq istəyir.

Salaha daha bir mövsüm uzadılma variantı olmaqla, 2028-ci ilə qədər müqavilə təklif olunub. Ulduz futbolçu bu təklifə hələ ki cavab verməyib.

​Məhəmməd Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. O, bu müddət ərzində iki dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb. Təcrübəli oyunçu ötən mövsüm komandanın heyətində bütün turnirlərdə ümumilikdə 41 oyuna çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti