Portuqaliya millisinin sabiq üzvü karyerasını başa vurdu - 42 yaşında

18:33 - 29 May 2026

"Kaza Piya"nın kapitanı Joze Fonte gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu karyerasını başa vurub. Bu barədə oyunçu özü məlumat verib.

Təcrübəli mərkəz müdafiəçisi 42 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Joze Fonte "Sportinq"in yetirməsidir. Müdafiəçi karyerası ərzində "Felqeyraş", "Vitoriya Setubal", "Benfika", "Pasuş De Ferreyra", "Eştrela", "Kristal Pelas", "Sauthempton", "Vest Hem", "Dalyan Yifanq", "Braqa" və "Lill"də çıxış edir. O, Portuqaliya millisinin heyətində keçirdiyi 50 rəsmi matçda 1 qol vurub. Fonte yığma ilə Avro-2016-nın qalibi olub.

Xəbər xətti