PSJ “Monako”nun hücumçusu Maqnes Akliuş üçün əsas namizəd kimi ortaya çıxıb.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının iki klubu ilə mübarizə aparan parislilərin oyunçu ilə müqavilə imzalamaq uğrunda mübarizədə liderlik etdiyi bildirilir.
"Monako" futbolçusu üçün artıq təklif alıb. Başa çatan mövsümdə Akliuş 43 oyunda yeddi qol vurub və 11 məhsuldar ötürmə edib.
"Transfermarkt"ın məlumatına görə, onun hazırkı bazar dəyəri 50 milyon avrodur. Fransa yığmasının üzvünün “Monako”nun yetirməsidir və 2017-ci ildən bəri klubda çıxış edir.
