"Kəpəz" milli komandamızda oynamış futbolçularla maraqlanır

12:22 - 28 İyun 2026

"Kəpəz" transfer çalışmalarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi hazırda yerli futbolçularla danışıq aparır. 

Premyer Liqa klubu ötən mövsümü “Araz-Naxçıvan”da keçirmiş Coşqun Diniyev və Bəxtiyar Həsənalızadəni heyətinə qatmaq üçün çalışır. 

Komandanın yeni baş məşqçisi Azər Məmmədov da yığma komandamızın sabiq üzvlərini sərəncamında görmək istəyir.

Transferin reallaşıb-reallaşmayacağı yaxın günlərdə dəqiqləşəcək.


 

Xəbər xətti