Çalhanoğlu gələcəyi ilə bağlı qərarını verdi

16:57 - 27 İyun 2026

Hakan Çalhanoğlu 2026/27 mövsümü başa çatdıqdan sonra "İnter"i tərk edəcək.

Sportal.az xəbər verir ki, bu barədə ​"La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Türkiyəli futbolçu artıq "neradzurra" ilə müqaviləni yeniləməmək barədə qərar qəbul edib. 32 yaşlı yarımmüdafiəçi mövcud müqaviləsini 2027-ci ilin yayına qədər yerinə yetirmək, bundan sonra isə klubdan azad agent kimi ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Hakan ​Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. 32 yaşlı futbolçu Milan təmsilçisinin heyətində meydana çıxdığı heyətində 212 rəsmi matçda 50 qol vurub və 39 məhsuldar ötürmə iləyaddaqalıb.

Xəbər xətti