Kevin De Bruyne DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunun Yeni Zelandiya ilə matçında unikal rekord müəyyənləşdirərək, adını Belçika milli komandasının tarixinə yazdırıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu belçikalıların 5:1 hesablı inamlı qələbəsi ilə başa çatan görüşün 66-cı dəqiqəsində fərqlənib. Bu qol De Bruyne üçün tarixi əhəmiyyət daşıyır.
"Qırmızı şeytanlar"ın hücumameyilli yarımmüdafiəçisi yığmanın tarixində üç fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub. O, bundan əvvəl 2014 və 2018-ci il dünya mundiallarının hərəsində bir dəfə fərqlənmişdisə, indi kolleksiyasına 2026-cı il turnirində vurduğu qolu da əlavə edib.
saytlarin hazirlanmasi
