Millimizin Avropada oynayan futbolçusu: "Məqsədim burada qalmaq və özümü sübut etməkdir"

10:35 - 26 İyun 2026

"Zirə"yə göstərdiyi etimada görə təşəkkür edirəm. Ancaq digər məsələləri agentim bilir. Çünki klubla mütəmadi əlaqədə olan odur. Hazırda bütün diqqətim "Varajdin"dədir. Gələcəkdə necə olacağını zaman göstərəcək".

Bu sözləri Sportal.az saytına açıqlamasında Rüfət Abdullazadə deyib.

Azərbaycan milli komandasının üzvü olan yarımmüdafiəçi qış fasiləsində "Zirə"yə qoşulsa da, mövsümün sonunda komandanı tərk edib.

O, hazırda məxsus olduğu Xorvatiyanın "Varajdin" klubunun düşərgəsindədir. Rüfət bu klubda qalmaq istədiyini deyib: "Bəli, "Varajdin"lə məşqlərə başlamışam. Bütün diqqətimi yeni mövsümə yönəltmişəm. Məqsədim burada qalmaq və özümü sübut etməkdir".

25 yaşlı futbolçunun “Varajdin”lə müqavilə müddəti 2028-ci il mayın 31-ə qədərdir. 

Mirbağırağa
 

Xəbər xətti