Zlatan Ibrahimoviç Didye Deşamın işini yüksək qiymətləndirib və onun nəticələrini xüsusi vurğulayıb.
Sportal.az xəbər verir ki, isveçli keçmiş hücumçu bildirib ki, çox az böyük futbolçu sonradan uğurlu məşqçiyə çevrilə bilir:
“Onun artıq dünya çempionatı qələbəsi var, Millətlər Liqasını qazanıb, Avropa Çempionatının finalını və dünya çempionatının finalını da oynayıb...”
Zlatan həmçinin Deşamın tənqid olunmasına münasibət bildirib və məşqçi işinin kənardan göründüyü qədər asan olmadığını deyib:
“İnsanlar düşünür ki, bu asandır, çünki komandasında çoxlu ulduz var. Amma bu, belə deyil. Komanda ətrafında idarə edilməli çox şey var. O, bu səviyyəni nəsildən-nəslə qoruyur. Onlar daim titullar qazanırlar. Qazanmayanda belə ən yuxarıda olurlar. Sadəcə son addım olan final oyununun qələbəsi çatmır.”
saytlarin hazirlanmasi
