Başa çatan mövsümü "Karvan-Yevlax"da keçirən, bu ay isə İsrailin "Makkabi" (Petah-Tikva) klubuna keçən Kayl Spens Sportal.az saytına açıqlama verib.
Onun sözlərinə görə, yeni mövsümə də Premyer Liqamızda başlaya bilərmiş:
"Azərbaycan Premyer Liqası keyfiyyətlərimi göstərməyimə və karyeramda növbəti addımı atmağıma çox kömək oldu. Xüsusilə mövsüm boyu dəstəklərinə görə azarkeşlərə və məni bura gətirən agentə minnətdaram. Azərbaycanda olduğum müddətdə ən yaxşısını etməyə çalışmışdım. Düzünü desəm, Azərbaycan klublarından mənə müəyyən maraq var idi. Amma düzü, konkret bir şey olmadı. Həmin vaxtı hiss etdim ki, “Makkabi” bu anda karyeram üçün ən yaxşı fürsətdir. Ona görə də “Makkabi”yə keçmək qərarı verdim".
Şotland futbolçu Azərbaycan Premyer Liqası haqda isə bunları deyib: “Azərbaycan Premyer Liqasında yaxşı futbolçular çıxış edir. Rəqabətli liqadır. "Qarabağ", "Sabah" və "Zirə" kimi komandalar var. Oradan ayrılsam da, Azərbaycan Premyer Liqasını yenə də izləyəcəm. Mənə görə “Qarabağ”a qarşı oyunlar daha çətin keçib. Həqiqətən onlar çox yaxşı komandadır".
Mirbağırağa
saytlarin hazirlanmasi
