"Zirə" braziliyalı futbolçusu ilə danışıq aparmağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Rafael Utziqi geri qaytarmağı götür-qoy edir.
Braziliyalı hücumçu ötən yay Vyetnamın “Ho Şi Min Siti Polis” klubuna icarəyə verilmişdi.
Onun müqavilə müddəti bir həftədən sonra bilətəcəyi üçün azad agent statusuna malik olacaq. Amma “Zirə” 29 yaşlı futbolçunun müqavilə müddətini 1 illik artırmaq istəyir.
Yaxın günlərdə bu geri dönüşün baş tutub-tutmayacağı dəqiqləşəcək.
O, 2024-cü ilin əvvəlindən "Zirə"də oynayır.
