"Çelsi"nin keçmiş müdafiəçisi Kurt Zuma karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Çorum”un diqqət mərkəzindədir.
Superliqaya yeni vəsiqə qazanan klub Zumanı heyətinə qatmaqda israrlıdır. Onun “Əl-Vasl”la müqavilə müddəti iyunun 30-da başa çatacaq.
Təcrübəli futbolçu “Sent-Etyen”, “Çelsi”, “Stok Siti”, “Everton”, “Vest Hem”, “Əl-Orobah”, “Vest Hem”, “ÇFR Kluj” klublarının formasını geyinib.
