"Barselona" Hamza Karimi "Al-Ahli" klubundan transfer etdiyini rəsmən təsdiqləyib.
Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçu yanvar ayında katalon klubuna qoşulub və 2029-cu ilə qədər müqavilə imzalayıb.
Məlumata görə, transferin məbləği 1,5 milyon avro və bonuslardan ibarətdir.
2025/26 mövsümünün ikinci hissəsində Karim “Barselona”nın U19 komandasında çıxış edib. O, 2026 dünya çempionatında isə Misir millisinin heyətində 2 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi
