"Barselona"nın qolkiperi Niderland klubuna keçməyə yaxındır

23:34 - 25 İyun 2026

Mark-Andre ter Ştegenin "Barselona"dan "Ayaks"a keçidi çox yaxındır.

Sportal.az xəbər verir ki,  AS nəşrinin məlumatına görə, 34 yaşlı qolkiper növbəti mövsümü Amsterdam klubunda icarə əsasında keçirəcək. Transferdə həlledici rolunu “Ayaks”ın yeni baş məşqçisi Maykl Sançezin təyinatı oynayıb. Ter Ştegen 2025/26 mövsümünün ikinci yarısında "Jirona"da onunla birlikdə çalışıb.

Alman qapıçı budun arxa əzələsinin ciddi zədəsinə görə yanvarın 31-dən bəri meydana çıxmayıb.

Qeyd edək ki, Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Xəbər xətti