Milli komandada 50-ci oyununa çıxan ən gənc futbolçu

00:51 - 24 İyun 2026

Cud Bellinqem 22 yaş 359 günündə İngiltərə millisində 50-ci oyununu keçirərək bu göstəriciyə çatan ən gənc futbolçu olub.

Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü olan yarımmüdafiəçi bu matça "Real" oyunçusu kimi çıxıb və Qana yığması ilə keçirilən DÇ-2026 qrup mərhələsi oyununda (0:0, ilk hissə) start heyətində yer alıb.

Bu göstərici ilə o, əvvəlki rekord sahibi Ueyn Runini geridə qoyub. Runi bu həddə 23 yaş 159 günündə çatmışdı.

Beləliklə, Bellinqem artıq 22 yaşında İngiltərə millisində 50 matç keçirərək tarixə düşüb və komandanın əsas aparıcı simalarından biri kimi mövqeyini daha da möhkəmləndirib.

Xəbər xətti