Mourinyo: "Real"ın oyunçularının uduzaraq, tətilə getməsini istəyirəm"

00:22 - 26 İyun 2026

"Real"ın(Madrid) baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportal.az xəbər verir ki, "Marca"ya danışan portuqaliyalı mütəxəssis dünya çempionatından ən böyük gözləntisinin nə olduğunu açıqlayıb:

"Mundialı izləyirəm. Dünya çempionatından ən çox nəyi gözləyirəm? Həqiqəti bilmək istəyirsinizsə, deyim. "Real"ın oyunçularının uduzaraq, tətilə getməsini istəyirəm. Çünki onların mövsümöncəsi məşqlərə vaxtında qayıtmasını istəyirəm”.

Qeyd edək ki, H qrupunda yer alan İspaniya iki turdan sonra 4 xalla liderdir.

Xəbər xətti