"Neftçi"yə təklif edilən forvardın keçidi baş tutmayacaq - yüksək maaş istəyir

12:47 - 24 İyun 2026

“Eştoril”in hücumçusu Alexandro Markesin “Neftçi”yə təklif edilməsi haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, böyük ehtimalla 25 yaşlı forvardının Bakı klubuna keçidi baş tutmayacaq.

Buna səbəb isə maliyyə məsələsidir. Belə ki, o, “Neftçi”də 1,2 milyon avro maaş qazanmaq istəyib. Məhz buna görə, “ağ-qaralar” Markesin xidmətində maraqlı olmayıb. 

Xatırladaq ki, Alexandro “Barselona”B, “Yuventus”, “Mirandes” klublarının formasını geyinib.

O, Venesuela yığmasının hücumçusudur. 
 

Xəbər xətti