"Fənərbaxça" ingiltərəli vingerlə anlaşdı

20:51 - 24 İyun 2026

"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

istanbul nəhəngi Qrinvudla şəxsi müqavilənin şərtlətini razılaşdırıb. Fransa klubu 24 yaşlı oyunçu üçün 50 milyon avro tələb edir. "Fənərbaxça" isə 30 milyon avro və bonuslar ödəməyə hazırdır.

Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən 26 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 26 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti