"Çelsi" "Mançester Siti"dən 75 milyon funt-sterlinq tələb edir

16:54 - 24 İyun 2026

"Çelsi"nin müdafiəçisi Malo Qüsto Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu oyunçusunu yalnız bir halda sata bilər. Onlar 23 yaşlı sol cinah müdafiəçisi üçün 75 milyon funt-sterlinq tələb edirlər.

Qeyd edək ki, "Çelsi" Malo Qüstonu 2023-cü ilin yanvarında "Lion"dan 30 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayında kimidir.

Xəbər xətti