"Yuventus" bu yay mərkəz hücumçusu transfer etmək niyyətindədir.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Aston Villa"da çıxış edən Temmi Abrahamı heyətinə qatmaqda maraqlıdır. Bu barədə "La Stampa" nəşri məlumat yayıb.
İngiltərə klubu öz futbolçusunu təxminən 25 milyon avro qiymətləndirir.
Temmi Abraham "Çelsi"nin yetirməsidir. İngiltərəli forvard 2026-cı ilin yanvarında 21 milyon avro qarşılığında "Beşiktaş"dan "Aston Villa"ya keçib. Onun müqaviləsi 2031-ci il iyunun 30-dək nəzərdə tutulub. 28 yaşlı hücumçu 2025/26 mövsümündə Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
