Azərbaycanlı müdafiəçi legioner həyatı yaşaya bilər - Özbəkistan klubları onu istəyir

14:49 - 25 İyun 2026

"Turan Tovuz"dan ayrılan Şəhriyar Əliyev legioner həyatı yaşaya bilər.

Sportal.az saytına verilən məlumata görə, təcrübəli futbolçuya ölkə xarici klublarından təklif var.

Yerli klublardan təklif alan Əliyev legioner həyatı yaşamağa üstünlük verəcəyi gözlənilir. Ona Özbəkistan yüksək liqasında yarışan klublardan təklif var.

Əgər danışıqlar müsbət yekunlaşsa, millimizin sabiq üzvü yeni mövsümə məhz Asiyada başlayacaq.

Xəbər xətti