"İnsanlar elə düşünürlər ki, biz sadəcə "trofey həyat yoldaşlarıyıq", evdə otururuq və işləmirik"

23:06 - 24 İyun 2026

Neymarun həyat yoldaşı, influenser və sahibkar Bruna Biankardi özünü “trofey həyat yoldaşı” hesab etmədiyini bildirib.

Sportal.az xəbər verir ki,  Biankardi "Elas Que Jogam" podkastında bunları qeyd edib:

“İnsanlar düşünürlər ki, biz "trofey həyat yoldaşlarıyıq", evdə otururuq və işləmirik. Mən isə cavab verirəm: bir dəqiqə gözləyin, mənim öz biznesim var, komandama maaş verirəm, əməkhaqlarını ödəyirəm. Mən özüm pul qazanıram və hesablarımı müstəqil şəkildə ödəyirəm”.

Qeyd edək ki, Bruna Biankardinin "Instagram" hesabının 15,6 milyon izləyicisi var.

Xəbər xətti